Türkiyə Hava Yolları (THY) şirkəti "THY Beynəlxalq İnvestisiya və Nəqliyyat AŞ" adlı şirkət yaradıb.
FED.az, İctimaiyyətli Məlumatlandırma Platformasında yer alan açıqlamada qeyd olunub ki, şirkət, ölkə daxilində və xaricdə, başda yük və kargo nəqliyyatı sahələri olmaqla investisiyalar yatırmaqla məşğul olacaq.
Şirkətin ilkin nizamnamə kapitalı 10 milyon TL-dir.