Türkiyə xəritəsinə daha geniş kontekstdə baxsaq, İstanbul-İzmir və İstanbul-Gerede-Mersin-Şanlıurfa marşrutu üzərində iki böyük magistral yol var. Ancaq Qara dənizi və Şərqi, hətta İpək Yolu layihəsini əhatə edən magistral yoxdur.
Eləcə də bax: Bu ilin 6 ayında Türkiyə ilə Azərbaycan arasında - 160 ŞİRKƏT YARADILIB
FED.az xəbər verir ki, 2023-cü ildə Kapıkule-Gerede-Gürbulak avtomobil yolu tenderə çıxarılacaq və çəkilməsinə başlanacaq.
Türkiyənin Qərb və Cənub bölgələrindən sonra Qara dəniz və Şərqi Anadolu magistral rahatlığına sahib olacaq. Gerede-dən başlayan şimal magistral xətti Gürbulak qapısından İrana, həmçinin Zəngəzur dəhlizi ilə Bakıya qədər uzanacaq.
Strateji əhəmiyyətli magistral Avropa, Mərkəzi Asiya və Uzaq Şərqlə ticarəti asanlaşdıracaq. (Marja)