Yeni növ koronavirusla (COVID-19) əlaqədar mayın 20-dək ölkədaxili, mayın 28-dək xarici uçuşlarını dayandıran Türk Hava Yolları (THY) mövcud qadağanın ləğv olunduqan sonra səyahətlər planını açıqlayıb.
Eləcə də bax: "Türk Hava Yolları" ilə uçanların sayı - 2 DƏFƏDƏN ÇOX AZALIB
FED.az xəbər verir ki, plana əsasən, iyun ayında Türkiyənin bütün hava limanlarına, xarici ölkələrdən isə həftədə bir dəfə 23 istiqamətə reyslər nəzərdə tutlub.
THY-nin açıqlamasında qeyd olunub ki, iyul və avqust aylarını da əhatə edən plana görə, qadağa ləğv olunduqdan sonra aviaşirkət 60 faiz uçuşları bərpa etmək niyyətindədir: “Rüblük uçuş planına görə, iyun ayında xarici ölkələrdən Kanadanın Toronto, Qazaxıstanın Almatı, Əfqanıstanın Kabil, Yaponiyanın Tokio, Çinin Şanxay, Cənubi Koreyanın Seul, Danimarkanın Kopenhagen, İsveçin Stokholm, Norveçin Oslo, Almaniyanın Frankfurt, Berlin, Düsseldorf, Münhen, Avstriyanın Vyana, Hollandiyanın Amsterdam, Belçikanın Brüssel, Belarusun Minsk, Gürcüstanın Tiflis, Livanın Beyrut, İsrailin Təl-Əviv şəhərlərinə aviareyslər həyata keçiriləcək. Sinqapur və Küveytə də uçuşlar palanlaşdırılıb”.
Həmçinin, iyul və avqust aylarında uçuşların artırılacağı da vurğulanıb: “THY iyul ayında 74 ölkəyə və 103 istiqamətə bir həftəlik, avqustda 160 istiqamətə 987 uçuş etməyi planlaşdırıb. Beləliklə, üç ay ərzində uçuşlar tədricən artırılacaq”.
Apa