Transxəzər beynəlxalq nəqliyyat marşrutunun ötürücülüyü 2025-ci ilə qədər 10 milyon tona qədər artacaq.
Transxəzər birləşdirici qaz kəməri 400 mln. dollara - BAŞA GƏLƏ BİLƏR
FED.az xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Əlixan Smayılov bildirib. Hökumət başçısının sözlərinə görə, Qazaxıstan Transxəzər marşrutunun inkişafı üçün səylər göstərir.
“Ötən il həmin nəqliyyat marşrutu ilə daşınan yüklərin həcmi iki dəfə artaraq 1,7 milyon tona çatıb. Bununla yanaşı, Türkiyə, Azərbaycan və Gürcüstanla imzalanan yol xəritələri sayəsində cari ildə bu marşrutla 2 milyon ton yük daşınacaq, 2025-ci ilə qədər isə onun keçiriciliyi 10 milyon tona çatacaq”, - Əlixan Smayılov belə deyib.
Qeyd edək ki, Çin, Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçən Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə Avropaya dəmir yolu və dəniz nəqliyyatından istifadə olunmaqla konteyner daşımaları həyata keçirilir. (Azərtac)