THY Azərbaycan-Türkiyə aviareyslərini 2020-ci ilin 15 martından 31 marta qədər müvəqqəti dayandırdığını açıqlayıb.
Eləcə də bax: Bakıdan dayandırılan uçuşların - SAYI ARTDI - SİYAHI
FED.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Türk Hava Yolları açıqlama yayıb.
“Azərbaycan və Türkiyə Prezidentlərinin ortaq qərarı əsasında Azərbaycan və Türkiyə arasındakı uçuşlar 15 mart 2020 tarixindən 31 mart 2020 tarixinə qədər təxirə salınmışdır. Bu dövrə aid uçuşlarımıza öncədən bilet almış sərnişinlərimiz aşağıdakı şərtlər daxilində biletləri dəyişdirə və ya geri qaytara bilərlər.
31 marta qədər müraciət etməklə
• Eyni aviareysi və ya həmin bölgədə başqa bir nöqtəyə (məsələn Praqa bileti Vyana biletinə dəyişdirilə bilər) təyin etməklə, həmçinin 31 maya qədər istifadə etmək şərti ilə dəyişdirə bilərlər
• Bilet ləğv olunaraq etibarlılıq müddəti 31 may 2020 tarixinə qədər uzadıla bilər
• Uçuşu həyata keçirməyəcək sərnişinlər qaydaya baxmayaraq biletləri qaytararaq ödənişlərini geri ala bilərlər
Biletlərin dəyişdirilməsi və ya geri qaytarılması
• Türk Hava Yollarının veb-saytı vasitəsi ilə alınıbsa aşağıdakı əlaqə mərkəzləri vasitəsilə
• Başqa onlayn agentlik vasitəsilə alınıbsa agentliyin veb-saytından
• Hər hansı bir agentlikdən alınıbsa agentliyin ofisindən
həyata keçirilməlidir.
Bakı və Gəncə ofislərində sadəcə ofis vasitəsilə alınan biletlər üçün dəyişdirilmə və ya geri qaytarılma həyata keçirilə bilər. Azərbaycandan qayıtmaq istəyən Türkiyə vətəndaşlarından yetəri saydə tələb formalaşdığı təqdirdə təxliyə uçuş planı hazırlancaq. Uçuş həyata keçirildiyi təqdirdə yalnız Türkiyə vətəndaşları qəbul olunacaq. Türkiyədə yaşama izni olan Azərbaycan və başqa ölkə vətəndaşları qəbul edilməyəcək. Təxliyyə uçuşu ilə qayıtmaq istəyən Türkiyə vətəndaşları [email protected] email ünvanına ad, soyad, xarici pasportun şəkili, telefon və email məlumatlarını göndərməlidirlər. Uçuşun təyin olunduğu təqdirdə email vasitəsilə yer, saat və şərtlər barədə məlumat veriləcək.
Türk Hava Yolları Əlaqə Mərkəzləri
+994 12 404 8 849
+90 212 444 0 849