Kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranıb.
Hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməli olan elektrik qatarları hərəkətdə olmayıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyindən FED.az-a verilən xəbərə görə, təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb.
Eləcə də bax: Bakı-Sumqayıt qatarında - TEXNİKİ NASAZLIQ YARANIB
Hazırda qatarlar cədvəl üzrə hərəkət edirlər.