Elektrikli avtomobil istehsalının azaldılması “Tesla”nın cari ilin ilk rübünü 702,1 mln ABŞ dolları zərərlə başa vurmasına gətirib çıxardı.
FED.az xarici KİV-ə istinadən xəbər verir ki, 2019-ci ilin ilk üç ayı ərzində şirkət 63 000 avtomobil satıb ki, bu da əvvəlki rübün nəticəsindən 31% azdır.
Qeyd edək ki, fevralda “Tesla” konvertə edilə bilən istiqrazlar üzrə tarixinin ən iri ödənişini (920 mln. dollar) etdi.
Hesabt açıqlanadan sonra şirkətin səhmləri ticarət gedişatında əvvəlcə 3,1% azaldı daha sonra isə 2,8% artım qeydə alındı. 2019-cu ildə elektomobil istehsalçısının kapitallaşması 22% azalıb.