Gürcüstanın paytaxti Tbilisidə ictimai nəqliyyatda gediş haqqının ödənilməsi üçün yeni sistem tətbiq olunacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, sərnişinlər limitsiz abunə sistemindən 2022-ci ilin fevralın 1-dəm etibarən istifadə edə biləcəklər.
Yeniliyə əsasən, avtobus, metro və "marşrut" taksilərində birdəfəlik gediş haqqı 1 lari təşkil edəcək.
Limitsiz abunə kartları müxtəlif müddətli - 1 günlük (3 lari), həftəlik (20 lari), aylıq (40 lari), 3 aylıq (100 lari), yarım illik (150 lari) və illik (250 lari) olacaq. Onlar yanvarın 5-dən satışa çıxarılacaq.
Qeyd edək ki, hazırda Tbilisidə ictimai nəqliyyatda birdəfəlik gediş üçün 50 tetri ödənilir.