Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, artıq ilk dəqiqələrdən Bakı Dəmiryol Vağzalının kassasında növbə yaranıb və 150-dən çox bilet satılıb.
Azərbaycan Dəmir Yollarından verilən məlumata görə, Bakı–Tbilisi qatarına bilet alan ilk şəxs Elnarə Rəsulova adlı xanım sərnişin olub.
Xatırladaq ki, ilk qatar Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10-da hərəkət edəcək.
Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), “ADY Mobile” tətbiqi və dəmiryol kassalarından almaq mümkündür.













