"Sərtləşdirilmiş karantin rejimi dövründə taksi fəaliyyətinə icazə verilib. lakin həmin taksilərdə şəffaf arakəsmələr mütləq şəkildə olmalıdır".
Eləcə də bax: Taksilər üçün yeni tələb - ARAKƏSMƏ OLMASA İŞLƏMƏYƏCƏKLƏR - RƏSMİ
FED.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, taksilərdə sərnişinlərin sayı iki nəfərdən çox olmamalıdır:
"Onlar arxa oturacaqlarda aparılmalıdır. Həm sürücülər, həm də sərnişinlər taksilərdə mütləq qaydada tibbi maskalardan istifadə etməlidirlər". (Report)