“Metropolitendə sərnişindaşıma pandemiyadan sonra yenə ən yüksək səviyyəyə, 230 milyon nəfərə çatıb. Bu rekord göstəricidir”.
FED.as xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlara dair keçirilən brifinqdə deyib.
O bildirib ki, “BakuBus” vastiəsilə sərnişindaşıma 20 faiz artıb 148 milyona çatıb. Heydər Əliyev adına Hava Limanında 7,5 milyon sərnişinə xidmət göstərilib.
Bununla belə metro və avtobsu vasitəsilə sərnişin daşımlarının artımı fonunda taksi sifarişlərinin sayında kəskin azalma müşahidə olunub.
2024-cü ilin dekabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisə etdikdə taksi sifarişlərinin sayında -31- 32% azalma müşahidə edilib. Bu sözləri isə bu gün nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə heyətinin sədri Anar Rzayev deyib.
Anar Rzayev əlavə olaraq qeyd edib ki, 2024-cü ildə taksi daşımalarında 13 513 sahibkara buraxılış vəsiqəsi verilib. Taksi minik avtomobillərinə verilən buraxılış kartlarının sayı 21 620 ədəd olub: "Tələblərə uyğun olan taksi minik avtomobillərinin buraxılış kartının alınmasına cəlb edilməsi, uyğun olmayan nəqliyyat vasitələrinin taksi fəaliyyətindən kənarlaşdırılması davam etdirilir.
"Buraxılış kartı alan taksilərin 35%-i 2020-2024-cü illər arasında istehsal olunan nəqliyyat vasitələridir. 13 taksi sifarişi operatoruna icazə verilmişdir. Təxminən 34198 taksi sürücüsü təlim keçmişdir. 135 yerdə taksi duracağı mövcuddur və bu şəbəkənin genişləndirilməsi davam etdirilir. E-Taksi sistemi formalaşdırılıb".