"Bolt" taksi şirkətinin sürücülərə göndərdiyi bildiriş onları çaş-baş salıb...
Taksi sürücülərinə gözlənilməz dəstək, şirkətlər də AYNA-dan narazıdır - «Taksi sayına sərt limit qoymaq çətinliklər yaradır»
FED.az biznes və maliyyə xəbəeləri portalı xəbər verir ki, bildirişə əsasən, yanacaq xərclərinin artması səbəbindən bütün kateqoriyalar üzrə tariflər 10 faizə qədər artırılıb. Qərar sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Maraqlıdır ki, taksi şirkəti bu artımın Bakıda çalışan taksi sürücülərinə şamil edilmədiyini bildirsə də, paytaxtda fəaliyyət göstərən sürücülər belə bir bildiriş aldıqlarını təsdiqləyiblər.
Sürücülər bildiriş aldıqlarını desələr də, bunun gediş haqqına təsir etmədiyini bildirdilər.
Digər sürücülər də kamera qarşısında danışmaq istəməsələr də, taksi şirkətindən belə bir bildiriş aldıqlarını dedilər.
"Yango" şirkəti ilə çalışan taksi sürücüləri isə onlara belə bidlirişin gəlmədiyini dedilər.










