Bakı-Quba yolunun ödənişli hissəsində yığılan vəsaitdən istifadə edilməsi barədə hüquqi əsas yaradılmalıdır.
Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
"Bir müddətdir ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba yolunun 29 kilometrlik hissəsi ödənişli yol kimi müəyyən edilib. Artıq bu yol fəaliyyətə başlayıb və ödəniləcək məbləği Tarif Şurası təsdiq edib. Amma qanunvericilikdə yığılan məbləğdən istifadə olunması ilə bağlı müəyyən qaydalar qəbul etmək barədə tələb də mövcuddur. Bu tələbi Nazirlər Kabineti işləyib. Amma qaydaların işləməsi üçün qanunvericilikdə bununla bağlı hüquqi əsas yaradılmalıdır. "Avtomobil yolları haqqında" qanuna edilən dəyişiklik qanunvericilikdə yığılan vəsaitdən istifadə edilməsi qaydalarının təsdiq olunmasına hüquqi əsas yaradır", - deyə o qeyd edib. (Report)