Bakı-Şuşa və Əhmədbəyli-Şuşa-Əhmədbəyli müntəzəm avtobus reysinə oktyabr ayına olan biletlərin hamısı satılıb.
FED.az xəbər verir ki, bu barədə “Yolumuz Qarabağa” portalına (www.yolumuzqarabaga.az) istinadən xəbər verir.
Qeyd edək ki, Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutları bu il yanvarın 24-dən həyata keçirilir. İyunun 25-də isə Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilib. (Trend)