Sumqayıt-Pirşağı-Bakı istiqamətində elektrik enerjisinin verilməsi bərpa olunub.
"Azərbaycan Dəmir Yolları" QSC-dən FED.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Sumqayıt-Pirşağı-Bakı dəmir yolu xətti istiqamətində güclü külək nəticəsində elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq "Azərişıq" ASC tərəfindən aradan qaldırılıb.