Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların səhər reyslərində cüzi yubanmalar baş verib.
FED.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Məlumatda qeyd edilib ki, rabitə və işarəvermə sisteminə edilmiş kənar müdaxilələr nəticəsində Sumqayıt-Pirşağı-Bakı xəttində işıqforların daimi olaraq qırmızı yanması nəticəsində qatarların hərəkət qrafikində gecikmələr qeydə alınıb.
Texniki nasazlıq qısa müddət ərzində aradan qaldırılıb və hazırda qatarlar mövcud qrafikə uyğun hərəkətlərini davam etdirir.