Pirəkəşkül, Yeni qəsəbə, Müşfiqabad və “28 May” qəsəbələrində sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 115 nömrəli yeni qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib.
Bakı Nəqliyyat Agentliyindən FED.az-a bildirilib ki, oktyabrın 5-dən fəaliyyətə başlayacaq marşrut xətti üzrə avtobuslar başlanğıc məntəqəsi Bakı-Şamaxı şosesi (Sulutəpə qəsəbəsi, körpü) son dayanacaq məntəqəsi Bakı-Şamaxı şosesi (Pirəkəşkül qəsəbəsi) olmaqla hərəkət edəcək.