Cari ilin yanvar-iyun aylarında Azərbaycana 266 milyon 126 min dollar dəyərində 8 959 ədəd hibrid avtomobil idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-cü iln eyni dövrü ilə müqayisədə hibrid avtomobilləri dəyər ifadəsi ilə 106 milyon 544 min dollar və ya 66,8%, miqdar ifadəsi ilə 1 630 ədəd və ya 22,2% artıb.
1 ədəd hibrid avtomobiln orta ixrac qiyməti 2024-cü ilin altı ayında orta hesabla 29 min 705 dollar (50 min 498 manat) olub ki, bu da son bir ildə 7 min 931 dollar (13 min 482 manat) və ya 36,4% bahalaşma deməkdir.
2023-cü ilin yanvar-iyun aylarında isə 1 ədəd hibrid avtomobilinin orta ixrac qiyməti 21 min 774 dollar (37 min 16 manat) olub.