Azərbaycanda son illər maaşların davamlı artdığı sahələrdən biri də nəqliyyat sektorudur.
FED.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankının – ABB Bankın ölkə iqtisadiyyatın müxtəlif sektorları üzrə ənəvi olaraq hazırladığı «Azərbaycanın Nəqliyyat Sektoru: Trendlər və Çağırışlar» hesabatında bildirilir.
Hesabata görə, son 5 ildə - 2019-2023-cü illərdə nəqliyyat sektorunda maaşlar 49% yüksəlib.
Belə ki, 2019-cu ildə nəqliyyat sahəsində çalışanların əmək haqqı 856 manat, 2020-ci ildə 886 manat, 2021-ci ildə 953 manat, 2022-ci ildə 1124 manat, 2023-cü ildə isə 1278 manat olub.
Maaşların ən sürətli artımı 2022-ci ildə qeydə alınıb - müqayisə 171 manat və ya illik 18%.
Hesabatdan məlum olur ki, nəqliyyat sektorundakı əmək haqları bir qayda olaraq ölkə üzrə orta əmək haqqından 35-36% yüksək olur.
Belə ki, 2019-cu ildə ölkə üzrə orta aylıq əmək haqqı 635 manat (nəqliyyat sektoru ilə maaş fərqi 35%), 2022-ci ildə 708 manat (fərq 25%), 2021-ci ildə 732 manat (fərq 30%), 2022-ci ildə 840 manat (fərq 34%), 2023-cü ildə isə 934 manat (fərq 36%) təşkil edib.