Londonun Hitrou aeroportunun rəhbərliyi aviaşirkətlərdən tələb edib ki, yaya mövsümü üçün bilet satışını daynadırsınlar.
Eləcə də bax: "British Airways" 10 mindən çox reysi - LƏĞV EDİB
FED.az xəbər verir ki, buna səbəb sərnişinlərin sayının çoxluğu və aeroportun onlara xidmət etməyə çatdırmamasıdır.
Aeroportun rəsmi internet səhifəsində yerləşdirilən müraciətdə deyilir ki, Hitrou aeroportunun indiki imkanları ona gündə 100 mindən artıq sərnişinə xidmət göstərməyə imkan vermir. Özü də hətta istifadə olunmayan rezervlərə görə cərimələrin ləğvi də sərnişin axınını azaltmayıb.
«Son vəziyyət göstərir ki, sərnişinlərin gündəlik axını 104 min nəfər tƏşkil edir, bu da 100 min nəfərlik limiti keçir. Ona görə də aviaşirktlərdən xahiş edirik ki, yay mövsümü üçün bilet satışını dayandırsınlar» - deyə hitrou aeroportunun direktoru Con Holland Key bildirib.
Aeroport rəhbərliyi onu da bildirib ki, yeni əməkdaşlar yığmağa başlayıb və artıq bu ayın sonunda Hitrouda təhlükəsizlik işçilərinin sayı pandemiyadan əvvəlki səviyyəyə çatacaq.