HƏMAS liderinin İsrail tərəfindən İranda öldürülməsi nəticəsində İran və İsrail arasında müharibə riski artıb.
Təcili: İsrail HƏMAS-ın rəhbərini – İRANDA ÖLDÜRDÜ
FED.az xəbər verir ki, bu səbabdən artıq dünəndən etibarən dünyanın hava yolları şirkətləri İran və İsrailə uçuşları dayandırnmağa başlayıblar.
FED.az xəbər verir ki, «Delta» və «United Airlines» şirkətləri də daxil olmaqla ABŞ-ın hava yolları şirkətləri ən azı avqustun 6-dək İsrailə bütün uçuşları dayandırdığını elan edib.
Bundan başqa, Avropanın aparıcı şirkətləri «Lufthansa», «British Airways», «Swiss Airlines», «KLM», «Brussel Airlines», «Austrian Airlines» və «Eurowings» də İsrailə uçuşları avqustun 9-dək dayandırıb.
İtaliyanın «ITA Airways» aviaşirkəti İsrailə uçuşları avqustun 6-dək dayandırıb, «Air India» isə ümumiyyətlə İsrail istiqamətində olan uçuşların hamısını ləğv edib.
Bundan başqa, endirimlə uçuşları ilə məşşur olan Macarıstanın «Wizz Air» şirkəti də İsrailə və İordaniyaya olan uşuşları dayandırıb.
«Sinqapur Hava Yolları», Tayvanın «EVA Air» və Çin Hava Yolları daxil olmaqla bəzi aviaşirkətlər təhlükəsizlik səbəbi ilə İran, İsrail və Livan hava məkanından yayınmaq üçün uçuşların istiqamətini dəyişdiriblər.
İran istiqamətində də bir çox ölkə uçuşlarını ləğ edib. Belə ki, aprelin 13-də Hollandiyanın KLM, Avstraliyanın Qantas və Avstriya Hava Yolları İran üzərində uçuşları dayandırıb, eyni zamanda Almaniyanın Lufthansa şirkəti ölkəyə uçuşları dayandırıb.
Bundan başqa «Austrian Airlines» şirkəti, Tayvanın «EVA Air» və «China Airlines» şirkətləri, Birləşmiş Ərəb Əmirliklərinin «Etihad», «Emirates» və «FlyDubai» daşıyıcıları, həmçinin «Qətər Hava Yolları» və «Türk Hava Yolları» İran üzərindən uçuşları dayandırıb.