Azərbaycanla Naxçıvan arasında gələcəkdə Sünikdən keçəcək kommunikasiyaların özəl şirkətə mümkün ötürülməsi Ermənistanın suverenliyini pozmayacaq.
"Biz ildə 15 milyon ton və daha çox yüklərin daşınması imkanlarından danışırıq"
FED.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
Onun sözlərinə görə, hazırda bütün məqamlar müzakirə olunur.
“Bu cür funksiyaların hansısa təşkilata verilməsi təcrübəsi var və bu baş verərsə, Ermənistan qanunvericiliyinə uyğun olaraq tənzimlənəcək”, - spiker bildirib. O, Ermənistanın İran və Türkiyə ilə sərhədində rus sərhədçilərin olmasını nümunə gətirərək qeyd edib ki, “bu məsələdə də düşünməli olduğumuz məqamlar var”.
Lakin A.Simonyanın qeyd etdiyi kimi, hazırda bununla bağlı heç bir qərar qəbul edilməyib. (Report)