Ölkə ərazisində havanın yağıntılı keçməsi, yağan qar yollarda avtomobillərin hərəkətinə müəyyən çətinliklər yaradıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, gün ərzində hərəkətin tənzimlənərək xüsusilə yolayrıclarında nəqliyyatın sıxlığının baş verməsinin qarşısı alınıb.
Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yolda qalan avtomobillərin hərəkətini davam etdirməsinə köməklik göstəriblər.