Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ben Salman yeni «Ar-Riyadh Airlines» aviaşirkətinin yaradıldığını elan edib.
Səudiyyə Ərəbistanının aviaşirkəti Bakıya uçuşları - BƏRPA EDİR
FED.az xəbər verir ki, yeni şirkət artıq 2030-cu ildə 100-dən artıq ölkəyə uçacaq. Amma hələlik bu barədə detallar, o cümlədən uçuşların hansı istiqamətə olacağı açıqlanmır.
Yeni şirkət üzərində nəzarəti Səudiyyə Ərəbistanını Suveren Fondu (bizim Neft Fondunun analoqu) həyata keçirəcək. Şirkətin direktorlar şurasına fondun idarəçisi Yasir əl-Rumayan və BƏƏ-nin «Etihad Airways» şirkətinin keçmiş rəhbəri Toni Duqlas daxil olacaq.