Səudiyyə Ərəbistanı hökuməti turzimi inkişaf etdirmək üçün Salva şəhəri ilə Xavr Əl-Udayd bölgəsini kanal vasitəsilə birləşdirmək istəyir.
FED.az xəbər verir ki, layihə baş tutarsa Qətərin yeganə quru əlaqəsi kəsiləcək və adaya çevriləcək.
Layihənin həyata keçirilməsi üçün 9 şirkətdən ibarət konsosiumun təşkil edilməsi nəzərdə tutulub.
Kanalın çəkiləcəyi ərazidə dağlıq bölgənin olmaması və şəraitinin uyğun olması səbəbindən layihənin reallaşması ehtimalı yüksək dəyərləndirilir. Kanalın ümumi uzunluğu 60 km, eni 200 m və dərinliyi isə 15-20 m olacaq.
Başlanğıc olaraq 750 milyon dollar investisiya qoyulacağı bildirilir.
Hələlik bu layihə ilə bağlı Qətər tərəfindən reaksiya bildirilməyib.