Xüsusi sərtləşdirilmiş karantin rejimi dövründə ictimai nəqliyyat və taksi xidmətlərinin fəaliyyətinə icazə veriləcək.
Eləcə də bax: Sərt karantin rejimində yalnız bu sahələr fəaliyyət göstərəcək - Siyahı
FED.az xəbər verir ki bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında əksini tapıb.
Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2021-ci il 31 yanvar saat 06:00-dək uzadılır.