Azərbaycanda sərnişin daşıyan nəqliyyat vasitələrinə yeni cihazlar quraşdırılacaq.
Operatorlar beynəlxalq daşımaları həyata keçirən avtomobilləri - Taxoqrafla Təchiz Edəcəklər
FED.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, qanuna analoq taxoqraf anlayışı daxil edilir. Analoq taxoqraf avtonəqliyyat vasitəsinin hərəkətinə, о cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki nəzarət cihazdır.
Qeyd edək ki, qanunvericiliyə təklif edilən dəyişikliyə əsasən, taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumları, buraxılış kartları, buraxılış vəsiqələri və digər tələblər müəyyən edilir.
Bu Qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir. Məsələ müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.