Yeni tədris ilinin başlaması ilə əlaqədar Bakı metrosunda qatarların hərəkət qrafikində dəyişiklik edilib.
FED.az xəbər verir ki, yeni qrafikə uyğun olaraq interval sərnişin sıxlığına görə müəyyən ediləcək.
"Bakı metropoliteni"ndən bildirilib ki, sentyabrın 15-dən səhər və axşam pik saatlarda interval 2 dəqiqə, gün ərzində 2,5 dəqiqə, gecə saatlarında isə 3 dəqiqəyə qədər artırılacaq.