Xəbər verdiyimiz kimi, paytaxtın bəzi yerlərində polis postlarının fəaliyyəti yenidən bərpa edilib.
Eləcə də bax: “Şənbə-bazar polis postlarının sayı daha da artacaq”
FED.az xəbər verir ki, AzTV-də şəhərdə bərpa edilən polis postları haqqında reportaj yayımlanıb.
Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Ələsgərli bildirib ki, bu cür postlar şənbə və bazar günləri daha çox olacaq: “Sürücülər şəhərin istənilən küçələrində bu cür mobil postları görəcəklər. Məqsədimiz icazə sistemində olan şəxsləri müəyyənləşdirməkdir. Həftəsonları qeyri-iş günləri olduğu üçün biz sürücülərin hərəkətdə olmamasını məsləhət görürük. Şəhər daxilində, o cümlədən şəhərdən kənara çıxma hallarının qarşısı polis tərəfindən alınacaq. Ona görə də həftəsonları üçün xüsusi istirahət proqramı hazırlamamağı vətəndaşlara məsləhət görürük”. (Qafqazinfo)