Bakı metrosunda bank kartları ilə ödənişin tətbiqi istiqamətində işlər davam etdirilir.
Eləcə də bax: Bakı metrosu QR kod və bank kartı ilə ödənişlərə - HAZIRDIR
FED.az xəbər verrir ki, bunu "Bakı Metropoliteni" QSC -nin sədr müavini Hidayət Məmmədov bu gün Bakı metropoliteninin 55 illiyinə həsr edilən tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.
Sədr müavini bildirib ki, texniki dizayn işləri davam etdirilir.
"İlkin sınaq işləri uğurla aparılıb. Bakı Metropolitenindən eyni zamanda kifayət qədər çox sayda sərnişin istifadə etdiyindən sistemin texniki funksionallığı ən optimal həddə olmalıdır. Yəni, bura kifayət qədər çoxsaylı məsələlərin həlli vacibdir. Bütün sınaqlar tam başa çatdırılıb, sisteminin problemsiz fəaliyyəti təmin edildikdən sonra konkret tətbiq istiqamətində məlumatlar veriləcək". (Trend)