Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində mayın 4-5-də Moskva prospektindən, həmçinin Bakı Dairəvi-1 avtomobil yolundan “Şamaxı yolu” adlanan ərazi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.
Eləcə də bax: Bakıya giriş 31 maya qədər - BƏRPA OLUNMAYACAQ
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən FED.az-a bildirilib ki, sürücülər alternativ olaraq Moskva prospektinin əsas yolundan və Biləcəri enişindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.