Axşam saatlarında güclü yağış nəticəsində dağlardan gələn sel suları İsmayıllı rayonu ərazisindən keçən magistral avtomobil yolunu basıb.
Eləcə də bax: Ödənişli yolda ödəniş məntəqələri qurulur - FOTO
FED.az xəbər verir ki, "qafqazinfo" xəbər verir ki, hadisə Şamaxıdan İsmayıllı rayonu istiqamətində baş verib.
Özü ilə daş parçaları, ağaclar gətirən sel suları nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaradıb. Problemin aradan qaldırılması üçün aidiyyatı qurumlar əraziyə cəlb olunub.