Xəbər verildiyi kimi, «Azərbaycan Dəmir Yolları» Bakı-Sabunçu-Bakı elektrik qatarının hərəkət cədvəlini açıqlayıb. FED.az xəbər verir ki, hələlik cədvəl mayın 29-dək olan müddəti əhatə edir. Avropa Liqasının finalından sonra isə yeni cədvəl açıqlanacaq.
ELƏCƏ DƏ BAX : Bakı-Sabunçu qatarının hərəkət cədvəli - AÇIQLANIB
Cədvələ əsasən, hər gün Bakıdan Sabunçuya və əks istiqamətdə 10 elektrik qatarı hərəkət edəcək. Qatarlar səhər saat 7-dən (Bakıdan çıxanlar) və 7-30-dan (Sabunçudan çıxanlar) hərəkətə başlamaqla 50 dəqiqə – 1 saatdan bir yola düşəcək. Sonuncu qatar Bakıdan 20.15-də, Sabunçudan isə 20.40-da yola düşəcək.
ELƏCƏ DƏ BAX : Elektrik qatarları Bakı ətrafında – ƏMLAKI BAHALAŞDIRACAQ
Ən maraqlı məqam qatarınların son mənzilə çatma vaxtıdır. Cədvələ əməl olunsa, Qatarlar Sabunçudan Bakının mərkəzinə və əks istiqamətdə cəmi 17 dəqiqəyə çatacaq. Ölkədə digər nəqliyyat növlərini, hətta fərd avtombillərin sürətini də nəzərə alanda bu rekord qısa müddət sayıla bilər.
Qatarlar yol boyu üç stansiyadan keçəcək – Bakıdan çıxan qatarlar Keşlə stansiyası, Koroğlu stansiyası və Bakıxanov stansiyasından, Sabunçudan çıxan qatar isə bu stansiyalardan əks ardıcıllıqla keçəcək. Stansiyalarda dayanma vaxtı cəmi 1 dəqiqədir.
Sabunçudan Bakının mərkəzinə - CƏMİ 15 DƏQİQƏYƏ – ƏTRAFLI
17:05
25 May 2019