"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 15 iyundan etibarən Bakıdan Qazaxa ilk dəfə sürətli qatarla səfərlərə başlayacaq.
FED.az xəbər verir ki, bu barədə ADY-dən bildirilib.
Məlumata görə, qatarla hər gün iki dəfə Bakıdan Qazaxa səfər etmək imkanı olacaq. Hər gün saat 8:00 və 18:00-da Bakıdan Qazaxa gediləcək. Həmçinin qatar gün ərzində iki dəfə, səhər saat 8:00-da və 16:20-də Qazaxdan Bakıya yola düşəcək.
Marşrut üzrə dinamik qiymət siyasəti tətbiq olunacaq. Standart sinif yerlərə minimum gediş haqqı 16.20 AZN təşkil edəcək.
Qeyd edək ki, Bakı-Qazax-Bakı maşrrutu üzrə biletlər artıq satışdadır. Biletləri dəmiryol vağzallarının kassalarından, ADY Mobile tətbiqindən və ya ady.az saytından əldə etmək mümkündür.