Banner

Nəqliyyat

Sabah Bakının mərkəzində avtomobillərin hərəkəti - MƏHDUDLAŞDIRILACAQ

Sabah Bakının mərkəzində avtomobillərin hərəkəti - MƏHDUDLAŞDIRILACAQ | FED.az
12:57 12 Okt 2019

Oktyabrın 13-ü axşam saatlarından etibarən akademik Şəfaət Mehdiyev küçəsinin general Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Bakı Nəqliyyat Agentliyindən FED.az verilən məlumata görə, bu səbəbdən də 6, 17 və 59 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Dəyişiklik yolda təmir işləri yekunlaşanadək qüvvədə qalacaq.

Digər xəbərlər

Banner