İrlandiyanın aşağıbüdcəli “Ryanair” aviaşirkəti daha 1-10 avro dəyərində biletlər satmayacaq.
Eləcə də bax: AZAL-ın gəlirləri - 32 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Maykl O'Liri bildirib.
“Şübhəsiz ki, 1, 0,99 və hətta 9,99 avro dəyərində biletlər bazardakı ən ucuz biletlər idi. Düşünürəm ki, növbəti bir neçə onillikdə belə təkliflər olmayacaq. 10 avrodan ucuz biletlər dövrü arxada qaldı”, - O'Liri deyib.
O, qiymət artımının aviasiya yanacağının bahalaşması ilə əlaqədar olduğunu etiraf edib.
Şirkət rəhbərinin sözlərinə görə, yaxın 5 il ərzində biletlər üçün orta qiymət 50 avro civarında olacaq.(Report)