Rusiya Federasiyasına quru yolu ilə daxil olan Rusiya və Avrasiya İqtisadi Birliyi ölkələrinin vətəndaşları üçün koronavirus testi tələbi ləğv edilir.
FED.az xəbər verir ki, bu barədə Rospotrebnadzor məlumat yayıb.
Bilirilib ki, Rusiya Federasiyasının ərazisində quru yolla daxil olmaq istəyən Rusiya və Avrasiya İqtisadi Birliyi ölkələrinin vətəndaşları üçün koronavirus testi tələbi aprelin 1-dən etibarən ləğv edilir. (Apa)