Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) “Red Wings” aviaşirkətinə Azərbaycana uçuşlar həyata keçirmək üçün icazə verib.
Qazaxıstan Azərbaycana - Yeni aviareyslər açır
FED.az xəbər verir ki, Rusiya KİV-in məlumatına görə, "Rosaviasiya"nın qərarı ilə "Red Wings" aviaşirkəti Orenburqdan Bakıya həftədə beş dəfə planlaşdırılmış tezliklə reyslər həyata keçirə biləcək.
Eyni zamanda, Agentlik qeyd edir ki, bu icazələrin verilməsi barədə qərar sərəncamda göstərilən beynəlxalq marşrutlar üzrə uçuşların bərpası üçün əsas deyil.
Bu icazə aviaşirkətin uçuşlar bərpa olunarkən istifadə edə biləcəyi hüququdur. (Trend)