Finlandiyanın dövlət dəmir yolu şirkəti VR Rusiyadan gələn yüzlərlə yük qatarı ölkənin müxtəlif şəhərlərində Avropa İttifaqının sanksiyalarına məruz qalan yükləri daşıya bilməsi şübhəsi ilə dayandırıb.
Eləcə də bax: İndiyə qədər Rusiyada fəaliyyətini dayandıran şirkətlərin - TAM SİYAHISI
FED.az xəbər verir ki, bu barədə cümə günü Yle televiziyası məlumat yayıb.
VR-nin nəqliyyat üzrə kommersiya direktoru Eljas Koistinen Yle-yə deyib: “Hazırda müştərilər və müxtəlif maraqlı tərəflərlə onlarla [yüklə] nə edəcəyimizi müzakirə edirik”.
Televiziyanın məlumatına görə, Finlandiya tərəfi Rusiyaya gedən mallar arasında sanksiyalar altında olan texnologiyaların olub-olmadığını öyrənir.
Məlumata görə, Rusiya ilə Finlandiya arasında dəmir yolu ilə yüklərin daşınması tam dayanmasa da, nəzərəçarpacaq dərəcədə azalıb. Rusiya yükləri praktiki olaraq Finlandiya limanlarından keçmir, çünki gəmiçilik şirkətləri və beynəlxalq logistika şirkətləri onları qəbul etməkdən imtina edirlər.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbass respublikalarının rəhbərlərinin kömək üçün müraciətinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat elan edib. O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsəd ölkənin demilitarizasiyası və deazifikasiyasıdır. Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiklərini bəyan ediblər. (Marja)