Banner

Nəqliyyat

Rusiya ərazisinə sərnişin qatarlarının - HƏRƏKƏTİ DAYANDIRILIR

Rusiya ərazisinə sərnişin qatarlarının - HƏRƏKƏTİ DAYANDIRILIR | FED.az
21:59 19 Mart 2020

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.

Eləcə də bax: Abşeron dairəvi dəmir yolu bayramda işləyəcək - CƏDVƏL

Bununla əlaqədar martın 21-dən Bakı-Kiyev-Bakı sərnişin qatarının və martın 26-dan Bakı-Moskva-Bakı və Bakı-Rostov-Bakı sərnişin qatarlarının hərəkəti xüsusi göstərişədək müvəqqəti olaraq dayandırılır.

Nəzərinizə çatdırırq ki, Bakı-Rostov sərnişin qatarı Bakıdan axırıncı dəfə martın 22-si saat 3:25-də yola düşəcək. Bu qatara yalnız Rusiya vətəndaşlarına bilet satılır.

Digər xəbərlər

Banner