“Rusiya Dəmir Yolları” şirkəti İranda həyata keçirdiyi infrastruktur layihələrini dayandırıb.
Eləcə də bax: Rusiyada koronavirusa yoluxanların sayı - 4731 NƏFƏRƏ ÇATIB
FED.az xəbər verir ki, bu barədə şirkətin mətbuata açıqlamasında bildirilib. Qeyd edilib ki, şirkət İran dəmir yollarını elektrikləşdirmək üçün hazırlanmış birgə layihədən çıxır və ümid edir ki, bu, Rusiya və İran Dəmir Yolları idarələrinin əməkdaşlığına maneə yaratmaz. Layihəyə əsasən şirkət İranın Ramsar-İncə Burun dəmir yolu xəttində elektrik (elektrovoz) qatarların hərəkətini təmin etməli idi.
“Rusiya Dəmir Yolları” Tehrandakı filialını bağladığını elan edib və İrandakı layihələrdən çıxmasının səbəbini açıqlamayıb. Lakin bildirilib ki, şirkət Hindistan, Serbiya və Kubada həyata keçirdiyi layihələri davam etdirəcək.
Xatırladaq ki, “Rusiya Dəmir Yolları” şirkəti Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan dəmir yolunun İrandan keçən hissəsində də elektrik işlərini həyata keçirməyə razılıq vermişdi.
Azərtac