Rusiya cavab tədbiri olaraq İsveçrə üçün hava məkanını bağlayıb.
Eləcə də bax: Rusiya 36 ölkə üçün hava məkanını - BAĞLAYIR
FED.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) məlumat yayıb.
Qeyd edək ki, ötən gün Rusiya hava məkanını 36 dövlətin aviaşirkətləri üçün bağlamışdı. Bildirilir ki, bu qərar bir neçə ölkənin öz hava məkanını Rusiya şirkətlərinin təyyarələrinə bağlamasına görə cavab tədbiri olaraq verilib.
Sözügedən məhdudiyyət Avstriya, Albaniya, İngiltərə, Belçika, Bolqarıstan, Britaniyanın Vircin adaları, Böyük Britaniya, Macarıstan, Almaniya, Cəbəllütariq, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kanada, Fransa və s. ölkələrin aviadaşıyıcılarına şamil olunub.
Qeyd edək ki, Avropa İttifaqı fevralın 28-i Rusiya təyyarələrinə öz ərazisinə enməyə, ərazisindən havaya qalxmağa və yaxud üzərindən uçmağa qadağa qoyub. Bundan əvvəl isə Norveç, Fransa, İtaliya, Niderland, Almaniya, Danimarka, Avstriya, İrlandiya, İsveç, Belçika, Portuqaliya, Kipr, Çexiya, Litva, Kanada, İslandiya və s. ölkələr öz hava məkanını Rusiya şirkətlərinin təyyarələri üçün bağlayıb. (Qafqazinfo)