Moskvada səfərdə olan İranın Birinci vitse-prezidenti Məhəbbət Muhbbir Rusiyanın Baş naziri Mixail Mişustin ilə görüşdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin dəmir yolu seqmentinə daxil olan Rəşt-Astara dəmir yolu xəttinin çəkilişinin tamamlanmasını müzakirə edib.
Putinlə Rəisi Rəşt-Astara dəmir yolunun tikintisinə dair - SAZİŞİ İMZALAYIR
FED.az xəbər verir ki, Rusiya 162 kilometrlik Rəşt-Astara dəmir yolunun tikintisini davam etdirmək üçün 1,3 milyard avro vəsait ayıracaq. Artıq Rusiya mütəxəssisləri layihənin texniki dəyərləndirməsini başa çatdırıb. Yaxın günlərdə reyslərin düzülməsi işinə başlanılacaq.
Rusiya Baş nazirinin müavini Aliksey Overçuk jurnalistlərə bildirib ki, Rəşt-Astara dəmir yolunun tikintisi 2028-ci ildə başa çatdırılacaq və istismara veriləcək. Bu yolla Rusiya Hindistan, Pakistan və fars körfəzi ölkələrinə çıxış əldə edəcək. Fars körfəzi ölkələri İranın Bəndər Abbas, Hindistan və digər Cənub-Şərqi Asiya ölkələri isə Çabahar limanı vasitəsilə Rusiya ilə ticarət əlaqələrini genişləndirərək idxal-ixrac əməliyyatlarını artıracaqlar.
Qeyd edək ki, Rəşt-Astara yolu Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun davamıdır. İranın yuxarıda adıçəkilən hər iki limanına daxil olan yüklər Azərbaycan ərazisindən tranzit olaraq Rusiyaya və əks istiqamətə daşınacaq. (Azərtac)