Rusiya koronavirus pandemiyası ilə bağlı Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana uçuşlara qoyulan məhdudiyyətləri ləğv edib.
Eləcə də bax: Moskvadan Bakıya uçuş biletinin qiyməti - 1000 MANATI KEÇİB
FED.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) yayıb.
Bildirilir ki, 2022-ci il martın 9-u Rusiya hökumətinin qərarına əsasən, sözügedən ölkələrə müntəzəm və müntəzəm reyslərə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
Reyslər qarşılıqlı əsasda həyata keçiriləcək. (Qafqazinfo)