Naxçıvan Beynəlxalq Hava Limanında beynəlxalq və yerli reyslərin sayı artırılır.
Almaniya aviaşirkəti Bakıya uçuşları - Bərpa Edib
FED.az xəbər verir ki, bu tədbirlərin davamı olaraq Rusiyada fəaliyyət göstərən "İrAero" aviaşirkəti tərəfindən Naxçıvan-Gəncə-Naxçıvan istiqaməti üzrə ilk reys həyata keçirilib.
İlk uçuşu sentyabrın 16-da həyata keçirilən bu reys həftədə 1 dəfə cümə axşamı yerinə yetiriləcək.
Reysin uçuş müddəti 40 dəqiqədir. Naxçıvandan uçuş saat 16:10-da, Gəncədən isə saat 18:10-da baş tutacaq.
Sərnişinlər Naxçıvan şəhərində və Ordubad rayonunda yerləşən aviakassalardan bilet əldə edə bilərlər.(report)