Rusiyanın aviaşirkəti Bakıya uçuş həyata keçirib.
FED.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər. Qeyd olunub ki, "Aeroflot" Hava Yollarına məxsus hava gəmisi aylar sonra ilk reysini edib:
"Ötən gecə "Aeroflot" aviaşirkətinə məxsus təyyarə Moskva-Bakı reysini həyata keçirib.
Qeyd edək ki, uçuşlar həftədə 2 dəfə Moskva-Bakı-Moskva istiqamətində həyata keçiriləcək". (Trend)