Rəşt-Astara dəmir yolu xəttinin tezliklə açılmasında maraqlıyıq.
Türkiyə İran, Azərbaycan və Gürcüstan arasında - Beynəlxalq Turist Qatarı İşləyəcək
FED.az xəbər verir ki, bunu Azərbaycan - Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin 2-ci iqtisadi forumunda çıxışı zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Şahin İsmayılov deyib.
O bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tam gücü ilə işləməsi üçün Sumqayıt-Yalama və Ələt-Astara dəmiryolu xəttinin yenidən qurulması Azərbaycan üçün önəmlidir.
“Dəhlizin tamamlanması üçün İran ərazisində 167 kilometrlik Rəşt-Astara dəmiryolu layihəsi var. Bu layihənin tezliklə tamamlanmasında maraqlıyıq. Bu dəmiryolu xətti bizim Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrə daşımalarımızın artmasında çox böyük rol oynayacaq. Gördüyümüz işlər Azərbaycanın regional tranzit potensialının artırılmasına yönəlib” - nazirlik rəsmisi əlavə edib. (Apa)