Regiondakı geosiyasi proseslər, yük daşımalarının artırılması istiqamətində görülmüş işlər nəticəsində 2022-ci ildə Azərbaycan üzərindən beynəlxalq daşımaların - quru sərhəddən daxil olan tranzit TIR və qoşquların həcmi 2022-ci illə müqayisədə 2 dəfəyə yaxın artıb.
"AZAL-ın qiymətləri göstərilən xidmətlərə mütənasibdir" - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
Onun sözlərinə görə, daşımalar artdıqca icazələrə tələb də artır.
"Hazırda icazələrin verilməsi prosesinin təkmilləşdirilməsi məqsədilə müvafiq elektron xidmətin istifadəyə verilməsi istiqamətində işlər aparılır. Nazirlik iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə dair xüsusi icazənin verilməsi zamanı işlərin sistemləşdirilərək operativliyin artırılmasını, xidmətlərin göstərilməsində təkrarçılığın aradan qaldırılmasını, prosesin elektron qaydada göstərilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının da qoşulduğu elektron portalın hazırlanmasını nəzərdə tutur. Müvafiq portal istifadəyə verildikdən sonra ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə xüsusi icazənin verilməsi xidməti tam elektron qaydada göstəriləcək.
Bununla yanaşı, ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının qorunması üçün iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına yol verilməməsi məqsədi ilə yeni texnologiyaların tətbiq edilməsi, bu sahədə tələblərin pozulmasına görə inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılması ilə əlaqədar prezidentin sərəncamı mövcuddur. Müvafiq tələbləri pozan, hərəkətdə olan iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzi və çiplərin) ölkə əhəmiyyətli avtomobil yollarında quraşdırılması nəzərdə tutulan yerlərin siyahısı, quraşdırılma müddətləri və mərhələləri təsdiq edilib. Quraşdırılmaların bu ay başlanılması planlaşdırılır", - deyə nazir müavini qeyd edib. (Report)