"Azərbaycanda ictima nəqliyyatda qiymətlərin artırılması dövlət üçün ən arzuedilməz variantdır".
Eləcə də bax: Nazir müavini: "Gediş haqqı Bakıda nəqliyyata investisiya yatırımına əngəl olur"
FED.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyatla bağlı problemlərin ictimai müzakirəsində deyib.
"Nazirlik müxtəlif modellər üzərində iş aparır, aidiyyatı təklifləri müzakirə edir, güman edirik ki, ictimai nəqliyyatda qiymət artımı olmasa belə hansısa subsidiyalaşma mexanizmləri ola bilər. Başqa ölkələrin təcrübələrində görürük ki, ictimai nəqliyyat gəlirsiz bir sahədir", - deyə o, qeyd edib.
Bundan başqa, nazir müavini bildirib ki, təkcə Bakıda deyil, bütün Abşeron yarımadasında əhalinin mobilliyinin təmin edilməsi üçün inteqrasiya edilmiş nəqliyyat sisteminə ehtiyac var: "Müxtəlif nəqliyyat növləri bir-birinin işini tamamlamalıdır. Bununla bağlı müəyyən araşdırmalar olub, kifayət qədər ciddi işlər görülüb. Əgər vətəndaşlarımızın ictimai nəqliyyatdan mütəmadi istifadə etməsini istəyiriksə, ilk növbədə ən ucqar yerlərə belə nəqliyyat əlçatanlığı olmalıdır". (Report)