Bakıda parklanma zonalarında həftə sonu və həftə içi saat 22:00-dan saat 07:00-a qədər avtomobillərin parklanması ödənişsizdir və vətəndaşlardan parklanma ilə bağlı ödənişin tələb edilməsi qanunsuzdur.
Deputat: “Əvvəl parklanmaya 1-2 manat xərc çıxırdısa, indi 8-10 manatdır”
FED.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda mobilliyin transformasiyası proqramı"nın təqdimatında bildirib.
"Vətəndaşlar hüquqlarını bilməlidirlər və onlar ödəniş etməkdən imtina etməlidir, "Azparking"ın əməkdaşları belə onlardan pul tələb edə bilməz. Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində xoşagəlməz halların qarşısının alınmasına çalışırıq. Bu hallar kütləvi deyil, bəzi hallarda bəzi yerlərdə baş verir", - deyə o qeyd edib. (Report)